25 fevral 2026 08:17
113

Xətainin bəzi ərazilərində qaz olmayacaq

Bu gün Bakının Xətai rayonunun bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirib ki, Xətai rayonu, M.Hadi küçəsində qaz xəttinin yeri dəyişdiriləcək.

Bununla əlaqədar saat 10.00-dan etibarən M.Hadi küçəsinin qaz təchizatı müvəqqəti dayandırılacaq.