25 fevral 2026 14:53
87

"Moody's" Azərbaycanın ÜDM artımının sürətlənəcəyini proqnozlaşdırır

"Moody's" beynəlxalq reytinq agentliyi Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) real artımının 2024-cü ildəki 4,1 % və 2025-ci ildəki 1,5 %-ə qarşı 2026-2027-ci illərdə 2,5-3 % təşkil edəcəyini gözləyir.

“İki sahil” agentliyin "Azərbaycan bank sisteminin perspektivləri" hesabatına istinadən xəbər verir ki, sürətlənmə qeyri-neft sektorunun dayanıqlı dinamikası ilə təmin ediləcək, bank əməliyyatlarının əsas hissəsi də bu sektorun payına düşür.

"Bu isə öz növbəsində kreditləşmənin artımını, bank aktivlərin keyfiyyətinin qorunmasını və sektorunun mənfəətliliyini dəstəkləyəcək", - hesabatda bildirilib.

"Moody's" qeyd edir ki, nəqliyyat-logistika sektorunda gücün və fəallığın genişlənməsi, o cümlədən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı, Qarabağ və Şərqi Zəngəzur regionlarında bərpa işləri, həmçinin bərpa olunan enerji sahəsində layihələrin həyata keçirilməsi iqtisadiyyata əlavə dəstək verəcək.

Agentlik vurğulayıb ki, sonuncular artıq külək və günəş elektrik stansiyalarına xarici investisiyalar cəlb edib.