Energetika Nazirliyində Xocalı faciəsinin 34-cü ildönümünə həsr edilmiş anım tədbiri keçirilib.
“İki sahil” xəbər verir ki, tədbir Xocalı faciəsinin qurbanlarının və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Energetika nazirinin müavini Samir Vəliyev çıxışında 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri tərəfindən törədilmiş cinayətlərdən, uşaqlar, qadınlar və yaşlılar da daxil olmaqla dinc əhaliyə qarşı həyata keçirilmiş vəhşiliklərdən və qətllərdən bəhs edib. Baş vermiş faciənin insanlıq və bəşəriyyət əleyhinə törədilmiş cinayət olduğu xüsusi vurğulanıb. Nazir müavini Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması üçün atılan addımları qeyd edib.
Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü əsasında 1994-cü il fevralın 24-də Azərbaycan parlamenti “Xocalı soyqırımı günü haqqında” qərar qəbul edib. Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması üçün görülən işlər diqqətə çatdırılıb. Həmçinin bildirilib ki, ermənilərin törətdiyi ağır cinayətlər və vəhşiliklər xalqımızın mübarizə ruhunu sarsıda bilməyib. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz 44 günlük Vətən müharibəsi, həmçinin 23 saatlıq antiterror əməliyyatı nəticəsində torpaqlarımızı işğaldan azad edərək şəhidlərimizin qanını yerdə qoymayıb. Qazanılan tarixi zəfərlə Xocalı şəhidlərinin də qisası alınıb.
Tədbirdə, həmçinin şəhid övladı olan nazirlik əməkdaşının Xocalı faciəsi və Qarabağ müharibəsi ilə bağlı çıxışı dinlənilib.
Yekunda Xocalı soyqırımı haqqında qısa videoçarx nümayiş olunub.
ADA Universitetinin Kənd təsərrüfatı və qida elmləri fakultəsində “Kəşf et. Əlaqə qur. İnkişaf et” adlı Açıq Qapı tədbiri keçirilib
Nəsimi rayonunda Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar Xocalı sakinləri ilə görüş keçirilib - FOTO
Azərbaycandan Ermənistana 4 500 tona yaxın dizel yanacağı Güzdəkdən yola salınır