Qəbələ rayonunda avtomobil ağaca çırpılıb.
Hadisə bu gün saat 18:00 radələrində rayonun Məmmədağalı kəndi ərazisində baş verib.
Belə ki, "Ford" markalı minik avtomobili idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü, 24 yaşlı Nuran Muradasılov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan "Report"un sorğusuna cavab olaraq bildirilib ki, ərazi üzrə polis orqanında faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
"Report"