Rusiyada Azərbaycan vətəndaşlarının hüquqlarının pozulması məsələsi ombudsman Səbinə Əliyevanın daim diqqətindədir.
“İki sahil” xəbər verir ki, bunu Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında ombudsmanın 2025-ci il üzrə məruzəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, ombudsman bu istiqamətdə rusiyalı həmkarı ilə sıx təmasda olur: "Rusiya tərəfi ilə əməkdaşlıq çərçivəsində vətəndaşlarımızın və ya Azərbaycan əsilli şəxslərin hüquqlarının pozulduğu hallarda operativ şəkildə reaksiya verilir və mandat çərçivəsində lazımi yardım göstərilir".
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq - Prezident
Arif Rəhimzadə: YAP-ın ideoloji əsasını milli dəyərlər və dövlətçilik prinsipləri təşkil edir
Hikmət Hacıyev: Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü