Salyan rayonunun Xıdırlı kəndində partlamamış mərmi aşkarlanıb.
“İki sahil” xəbər verir ki, mərmini Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları Şirvan su kanalının sahilində tapıblar.
Sursatın tapıldığı yerin ətrafında əraziyə baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb. Mərmi təhlükəsizlik tədbirləri görülməklə ərazidən götürülüb və aidiyyatı üzrə təhvil verilib.
Araşdırma aparılır.