Səudiyyə Ərəbistanı Krallığı İranın qonşu dövlətlərə raket hücumu şiddətlə qınayıb.
“İki sahil” xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Bəyanatda bildirilir: “Səudiyyə Ərəbistanı Krallığı İranın təcavüzkar hücumunu və Birləşmiş Ərəb Əmirlikləri Dövləti, Bəhreyn Krallığı, Qətər Dövləti, Küveyt Dövləti və İordaniya Haşimilər Krallığının suverenliyinin açıq şəkildə pozulmasını ən sərt şəkildə qınayır və pisləyir. Krallıq qardaş ölkələrlə tam həmrəy olduğunu, onların yanında dayandığını və qəbul edəcəkləri bütün tədbirlərin həyata keçirilməsində bütün imkanlarını səfərbər etməyə hazır olduğunu bildirir. Həmçinin dövlətlərin suverenliyinin və beynəlxalq hüquq prinsiplərinin pozulmasının davam etməsinin ağır nəticələrə səbəb olacağı barədə xəbərdarlıq edir.”
Krallıq bu gün Xarici İşlər Nazirliyi tərəfindən yayılan bəyanatda beynəlxalq ictimaiyyəti bu təcavüzkar hücumları qınamağa və regionun təhlükəsizliyi və sabitliyini sarsıdan İran pozuntularına qarşı bütün qəti tədbirləri görməyə çağırır.
Aİ İranda vəziyyətin kəskinləşməsi fonunda təmkinlilik nümayiş etdirməyə çağırıb
Rusiya İrandakı vətəndaşlarını Azərbaycan vasitəsilə ölkəni tərk etməyə çağırıb
Kallas: İran rejiminin ballistik raket və nüvə proqramları qlobal təhlükəsizlik üçün ciddi təhdid yaradır
Almaniya hökuməti İsrailin İrana hərbi hücumları barədə əvvəlcədən məlumatlandırılıb