28 fevral 2026 18:25
113

Seyid Əli Mocani: Vətəndaşların Gürcüstandan qayıtmasına kömək göstəriləcək

İranın Gürcüstandakı səfirliyi birbaşa uçuşların olmaması səbəbindən vətənlərinə qayıda bilməyən vətəndaşlara kömək edəcək.

“İki sahil” xəbər verir ki, bunu İranın Gürcüstandakı səfiri Seyid Əli Mocani bildirib.

O deyib ki, səfirlik bu istiqamətdə müvafiq tədbirlər görməyi planlaşdırır: “Səfirliyin veb-saytında və digər etibarlı platformalarda rəsmi bəyanat dərc etməklə İrana qayıtmağınız üçün görülən tədbirlər barədə sizi məlumatlandıracağıq”.