28 fevral 2026 19:10
100

BMT TŞ-nin İranla bağlı təcili iclası çağırılıb

BMT Təhlükəsizlik Şurası Yaxın Şərqdə artan gərginlik fonunda İranla bağlı təcili iclas çağırıb.

“İki sahil” xəbər verir ki, Şuranın 10112-ci iclası 28 fevral 2026-cı il tarixində Bakı vaxtı ilə saat 01:00-da Nyu-Yorkda keçiriləcək.

İclasın regionda son hərbi eskalasiya və İran ətrafında yaranmış təhlükəsizlik vəziyyətinə həsr olunacağı gözlənilir.

Şura üzvlərinin mövcud vəziyyəti qiymətləndirəcəyi və mümkün diplomatik addımları nəzərdən keçirəcəyi bildirilir.