"Beşiktaş"ın cənubi koreyalı hücumçusu Hyonqyu Oh azarkeşlərin böyük marağına səbəb olub.
Futbolçunun imza günündə azarkeşlər uzun növbələr yaradıb.
Tədbir zamanı ümumilikdə 10 min forma satılıb. Satışlardan əldə olunan gəlirin təxminən 50 milyon TL olduğu bildirilir.
Bu göstərici klub üçün ciddi kommersiya uğuru hesab olunur. Azarkeş marağının yüksək olması futbolçunun populyarlığını bir daha nümayiş etdirib.
Marketinq baxımından bu transferin klub büdcəsinə əhəmiyyətli töhfə verdiyi vurğulanır.
Fanat.Az