28 fevral 2026 21:40
133

Qubada baş tutmalı olan matçın yeri dəyişdirildi

Azərbaycan 2-ci liqasının 16-cı turu çərçivəsində sabah keçirilməsi nəzərdə tutulan “Quba” - “Kür-Araz” oyununun yeri dəyişdirilib. 

“İki sahil” xəbər verir ki, bu barədə PFL məlumat yayıb.

Quba şəhərində müşahidə olunan əlverişsiz hava şəraiti səbəbindən Quba Olimpiya İdman Kompleksinin stadionunun oyuna hazır vəziyyətə gətirilməsi mümkün olmadığından, hər iki klubun qarşılıqlı razılığı əsasında oyunun Heydər Əliyev adına İmişli şəhər stadionunda keçirilməsi qərara alınıb. 

Oyunun başlama saatı ilə bağlı dəyişiklik yoxdur. Matçın start fiti 15:00-da səslənəcək.