01 mart 2026 10:11
115

İran Ali Liderinin seçilməsi üçün Ekspertlər Şurasının iclası keçiriləcək

İranda bu gün Ali Liderin seçilməsi üçün Ekspertlər Şurasının iclası keçiriləcək.

“İki sahil” xəbər verir ki, bu barədə İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani məlumat verib.

Qeyd edilib ki, Həmçinin Əli Xameneinin varisi seçilənədək Ali Liderin səlahiyyətlərini icra edəcək müvəqqəti rəhbər şura formalaşdırılacaq.

Məlumata görə, şuranın tərkibinə prezident, məhkəmə hakimiyyətinin rəhbəri və İran Konstitusiyanın Keşikçiləri Şurasının ilahiyyatçı üzvlərindən biri daxil olacaq.