01 mart 2026 11:48
104

Uçuşlarda ləngimələr var

Yaxın Şərqdəki gərginlik səbəbindən Londonun Qetvik aeroportunda həm gələn, həm də gedən reyslərdə qrafikdən kənaraçıxmalar müşahidə olunur.

“İki sahil” xəbər verir ki, vəziyyət tez-tez dəyişir və Yaxın Şərq regionu ölkələri hava məkanlarında müxtəlif məhdudiyyətlər tətbiq edir.

Bu səbəbdən uçuşlar həmin məhdudiyyətlərə uyğunlaşdırılır.

Oxşar vəziyyət digər Avropa hava limanlarında da müşahidə edilir.