İrandan həm Azərbaycan, həm də digər ölkələrin vətəndaşlarının "Astara" sərhəd-keçid məntəqəsindən təxliyəsi davam edir.
28 fevral saat 08:00-dan 1 mart 14:00-dək Azərbaycanın 53 vətəndaşı İrandan təxliyə edilib.
İrandan Azərbaycana 18 Səudiyyə Ərəbistanı vətəndaşı, Tacikistanın 5, İordaniyanın 4, Qətərin 3, İtaliyanın isə 1 vətəndaşının təhlükəsiz keçidi təmin olunub.
Məlumat üçün bildirək ki, İrandan Azərbaycana 10 nəfərdən çox Çin vətəndaşının da təxliyəsi gözlənilir. Onlardan üçünün keçidi artıq həyata keçirilib.
"Report"
“İqtisadi islahatlar” jurnalı “Dimensions” və “Scilit” platformalarında indeksləşdirildi
Latviya nümayəndə heyəti Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun fəaliyyəti ilə tanış olub
Dövlət Məşğulluq Agentliyi ABŞ-nin “Global Tech Awards” beynəlxalq müsabiqəsində xüsusi mükafatlara layiq görülüb