02 mart 2026 01:18
102

Fransa “Şarl de Qoll” təyyarədaşıyan gəmisini Şərqi Aralıq dənizinə göndərib

Fransa Hərbi Dəniz Qüvvələrinin "Şarl de Qoll" təyyarədaşıyan gəmisi təcili olaraq Şərqi Aralıq dənizinə köçürülüb.

“İki sahil” xəbər verir ki, bu barədə BFMTV mənbəyə istinadən məlumat verib.

Kanalın məlumatına görə, gəmi və hava qrupu Aralıq dənizi bölgəsinə getmək üçün Baltik dənizindəki təlimləri dayandırıb.