Elm və təhsil naziri Emin Əmrullayev martın 11-də Şuşa şəhərində vətəndaşları qəbul edəcək.
“İki sahil” xəbər verir ki, Elm və Təhsil Nazirliyindən bildirilib ki, qəbulda Şuşa, Xankəndi və Xocalı sakinləri iştirak edə bilərlər. Adları qeyd olunan şəhər və rayonların sakinləri martın 6-dək (saat 18:00-dək) Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının müvafiq bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə vatsap vasitəsilə müraciət göndərmək mümkündür.
Qəbulda iştirak üçün qeydiyyat mütləqdir.