02 mart 2026 21:29
114

Dubay aeroportu günün ilk reysini həyata keçirib

Dubay Beynəlxalq Hava Limanı günün başlanğıcından bəri ilk sərnişin təyyarəsini yola salıb.

“İki sahil” xəbər verir ki, bu barədə dispetçer xidməti məlumat yayıb.

Dəqiqləşdirilib ki, təyyarənin marşrutu Səmərqənd şəhərinədir.

Bir qədər əvvəl əmirliyin ictimaiyyətlə əlaqələr idarəsi Dubayda hava limanlarının məhdud rejimdə fəaliyyətini bərpa etdiyini bildirmişdi. Söhbət Dubay Beynəlxalq Hava Limanı və Əl Maktum Hava Limanından gedir. Buna baxmayaraq, qurumun mətbuat xidməti sərnişinləri aviadaşıyıcılar tərəfindən uçuş vaxtı dəqiq təsdiqlənməyənə qədər vağzallara gəlməməyə çağırıb.