03 mart 2026 10:53
90

Livandan İsrailin şimalına beş raket atılıb

Livandan İsrailin şimal hissəsinə beş raket atılıb, bu isə həyəcan siqnallarının işə düşməsinə səbəb olub.

“İki sahil” xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun bəyanatında bildirilib.

"Raketlərin bir neçəsi hava hücumundan müdafiə vasitələri ilə zərərsizləşdirilib, digərlərinin isə protokola uyğun olaraq açıq ərazilərə düşməsinə imkan verilib", - bəyanatda qeyd olunub.

Zərərçəkənlər barədə məlumat yoxdur.