Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsinin sədri Araz Paşayev fevral ayında ittifaq üzvlərinə sanatoriya-kurort yollayışlar barədə rəsmi "Facebook" səhifəsində paylaşım edib.
“İki sahil” xəbər verir ki, ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayev paylaşımında qeyd edib ki, fevral ayında ittifaq üzvlərinə sanatoriya-kurort yollayışları təqdim edərək onların Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tabeliyində fəaliyyət göstərən müalicə və istirahət mərkəzlərindən yararlanmasına şərait yaradılıb: "Üzvlər e-AHİK elektron rezervasiya sistemi (www.e-ahik.az) vasitəsilə qeydiyyatdan keçərək bu imkandan faydalanıblar. Ay ərzində ümumilikdə 980 nəfər yollayışlardan istifadə edib."