04 mart 2026 11:19
84

Qanunsuz saxlanılan 5 avtomat, 23 tüfəng tapıldı

Ötən gün polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan avtomat silahları aşkarlanıb.

“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 2 tapança, 3 qumbara, 1 alışdırıcı, 23 tüfəng, 7 patron darağı və 829 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.