04 mart 2026 11:23
83

Yanvar-fevralda sosial ödənişlər üzrə əhaliyə 1 747, 55 milyon manat ödənilib

2026-cı ilin yanvar-fevral ayları ərzində pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə ötən ilin müvafiq dövrünə nisbətən 174,81 milyon manat və ya 11,11% çox olmaqla 1 747, 55 milyon manat vəsait ödənilib.

“İki sahil” xəbər verir ki, bu barədə  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.