05 mart 2026 08:31
128

Biz buna hazırlaşmışıq - NATO-nun Baş katibi

NATO-nun Baş katibi Mark Rütte bildirib ki, alyans İrana qarşı kollektiv müdafiə ilə bağlı 5-ci maddənin mümkün tətbiqinə hazırlıq görüb.

“İki sahil” xəbər verir ki, alyansın rəhbəri bunu "Newsmax" televiziya kanalına verdiyi müsahibədə NATO-nun potensial insidentlərə reaksiyası ilə bağlı sualı cavablandırarkən bildirib.

"Biz buna hazırlaşmışıq. Hazırda NATO daxilində etdiyimiz iş alyansın ərazisinin hər qarışının qorunmasını təmin etməkdir", - deyə Rütte bildirib.