05 mart 2026 12:03
111

ADY sərnişin qatarlarına qarşı vandalizm aktlarının həcmini açıqlayıb

Son 10 gündə "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) hərəkətdə olan sərnişin qatarlarına 5 dəfə daş atılıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" məlumat yayıb.

"Bu vandalizm aktları nəticəsində qatarların şüşələrində və gövdəsində çatlar, zədələr meydana gəlib", - məlumatda qeyd olunur.

Müvafiq qaydada hüquqi qiymət verilməsi, səbəbkarların məsuliyyətə cəlb edilməsi üçün sözügedən hadisələr araşdırılır.