05 mart 2026 16:40
126

Naxçıvandan daxili və xarici istiqamətlərə olan aviareyslər müvəqqəti dayandırılıb

Hazırda yaranmış vəziyyətlə əlaqədar olaraq Naxçıvan Beynəlxalq Hava Limanında daxili və xarici istiqamətlərdə uçuş əməliyyatları müvəqqəti olaraq dayandırılıb.

“İki sahil” Naxçıvan Beynəlxalq Hava Limanının yaydığı məlumata istinadla xəbər verir ki, məsələ ilə bağlı vəziyyət operativ şəkildə qiymətləndirilir və müvafiq qurumlarla koordinasiya aparılır.

Əlavə məlumatlar dəqiqləşdirildikcə ictimaiyyətə təqdim olunacaq.