05 mart 2026 22:10
201

AZƏRBAYCAN İSTƏNİLƏN TƏHDİDİN QARŞISINI ALMAĞA HƏMİŞƏ QADİRDİR!

İran İslam Respublikası tərəfindən ölkəmizə qarşı həyata keçirilən dron hücumları sülhsevər Azərbaycanvətəndaşlarıtərəfindən hiddətlə qarşılanmışdır. Artıq hamımıza tamamilə aydınolmuşdur ki, İran Silahlı Qüvvələri tərəfindən Naxçıvan ərazisinə dron zərbəsinin endirilməsi molla rejiminin nankorluğunu, riyakarlığını, əslsifətini açıb ortaya qoymuşdur.

Həmişə, hər yerdəsülhsevərlik nümayış etdirən, sülhü, əmin-amanlığıdaim üstün tutanAzərbaycan Respublikası mehriban qonşuluq prinsipinəhəmişə sadiq olmuşdur.Azərbaycan öz ərazisindən İran və ümumiyyətlə heç bir ölkə üçün heç vaxt təhlükə yaratmamışdır. Azərbaycan Prezidenti İlham Əliyev İranın Ali Liderinin ölümü ilə bağlı dərhal dərin hüznlə başsağlığı vermiş, səfirliyi ziyarət etmişdir. Ölkəmiz heç vaxtikili, riyakar siyasət yeritməmiş, ağır durumdaqalan qonşularına dəstək göstərmiş, daim onlara maddi və mənəvi dayaq olmuşdur.

Bəli, məlum hadisələrlə bağlı Azərbaycan İrana humanitar yardım göndərməyi də nəzərdə tutmuşdu. Belə bir şəraitdə İran tərəfinin Naxçıvan ərazisində mülki obyekti, dinc vətəndaşların istifadə etdiyi hava limanını hədəf götürməsi sakinlərə və mülki infrastruktura qarşı terror aktı kimi qiymətləndirilməlidir. Çoxminli Yeni Azərbaycan Partiyasının bəyanatında deyildiyi kimi “Ərazi bütövlyüyü və mütləqsuverenliyini bərpa etməklə yeni reallıqlar yaradan müstəqil Azərbaycan döləti hər zaman mehribanqonşuluq prinsiplərinə sadiq olub. Ölkəmizin bu gün milli maraqlar və qlobal çağırışları nəzərə almaqla həyata keçirdiyi konstruktiv siyasət və sülh diplomatiyası regionda təhlükəsizlik və çoxsaxəli əməkdaşlıq konteksində etimad quruculuğina hədəflənib. Eyni zamanda Cənubi Qafqazın lidet dövləti kimi hərbi-strateji potensiyalını daha da gücləndirən Azərbaycan milli və regional təhlükəsizlyə yönəlmiş istəlinən təhdidin qarşısını almağa qadirdir”.

Azərbaycana hücum edənlər həmişə axırda peşman olmuşlar, İran da bu qorxaq əməlinə görə peşman olacaqdır!

Tahir Məmmədov,
YAP Veteranlar Şurasının üzvü,
siyasi elmlər üzrə fəlsəfə doktoru