07 mart 2026 10:17
105

Azərbaycanın qazandığı bütün uğurlarda qadınların misilsiz xidmətləri var

Qloballaşma şəraitində dünyaya inteqrasiya edən Azərbaycan yeni hüquq məkanına daxil olduqca bəşəriyyətin əldə etdiyi bütün naliyyətlərdən bəhrələnir. Bu baxımdan dövlət bir çox konvesiyaya qoşulub. Onların içərisində “qadınlara münasibətlərdə ayrı-seçkiliyin hər cür formasının ləğv edilməsi haqqında” , “Əsirlikdə olan qadınların vətəndaşlığı haqqında” “Nikaha daxil olmağa razılıq, nikah üçün minimal yaş həddi və nikahların qeydiyyatı haqqında” konvensiyalar və digər sənədlərə Azərbaycan Ümumilli Liderimiz Heydər Əliyevin hakimiyyəti dövründə qoşulmaq imkanı əldə etmişdir. Ümumilli liderimiz Heydər Əliyev qadınlarla bağlı məsələlərə böyük diqqət yetirirdi. Dahi şəxsiyyətin ikinci dəfə hakimiyyətə gəlişindən sonra qadın problemlərinə daha böyük diqqət yetirilməyə başlandı.

Qadınların hüquq  bərabərliyi, cəmiyyətdəki aparıcı rolu 1995- ci ildə qəbul olunmuş konstitusiyamızda da öz əksini tapdı . Elə həmin il  “Azərbaycan dövləti Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğvi” konvesiyasına qoşulub qadınların problemlərini dövlət səviyyəsində həll etmək məqsədilə xusisi fərmanla 1998-ci il yanvarın 14-də Azərbaycanda “Qadın Promləri üzrə Dövlət Komitəsi”ni yaratdı. Ulu öndər Heydər Əliyev bütün sahalərdə qadın fəallığının artırılması üçün mühüm tapşırıqlar verdi. Yeni Azərbaycan Partiyası-da qadınların fəallığının artırılması üçün Partiyanın tərkibində Qadınlar Şurasının yaradılması qadınların bir çox sahalərlə yanaşı siyasətə atılma imkanı yaratdı. Dahi şəxsiyyətin layiqli davamçısı möhtərəm prezidentimiz İlham Əliyev bu mühüm addımın davam etdirilməsi yolunda öz gücünü  qadınların inkişafına doğru yönəltdi. Belə ki, Qadın Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyəti daha da genişləndirilərək Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə çevrildi. Çünki qadın problemini təkcə qadın yox, həm onun ailəsinin, uşağının problemi demək idi. Ölkə prezidentinin uzaq- görən siyasəti nəticəsində  qadınlar dövlət və dövlətçiliyimizə xidmət sahəsində hər zaman yüksək diqqət və qayğı görürlər. Hamımıza məlumdur ki, qadınlar ən çox təhsil, səhiyyə və mədəniyyət sahələrində fəal iştirak edirlər. Artıq bu sahələrlə qadın fəallığı yekunlaşmır. İdarə etmənin, siyasətin, sahibkarlığın inkişafında da qadınlarımız fəal iştirak edirlər. Bu da onu göstərir ki Azəzbaycan qadını böyük inkişaf yolu keçmişdir.

Qadınların var olmadığı əməklərinin sirayət etmədiyi sahə yoxdur Qadın xoşbəxtdirsə, ailəsi də xoşbəxtdir Qadın gülürsə, bəşəriyyət gülür. Qadın sağlamdırsa, sağlam düşünər və yaxınlarına da çox böyük fayda verər. Bu gün Azərbayan qadınları Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, birinci Vitse Prezident Mehriban Əliyevanın fəaliyyəti ilə, Azərbaycanımızın bu günü gələcəyi üçün gördüyü ölkəmizin tərəqqisinə verdiyi töhfələrlə hər bir qadına nümunə ola bilər. Xeyirxahlıq, yaxşılıq, mərhəmət kimi ali mənəvi dəyərləri fəaliyyətinin əsas istiqamətinə çevirən Mehriban Əliyeva “Yaxşılıq mərhəmət mənim üçün ümidə anlayışıdır” deyir. Bu, biz qadınlara örnək addımdır. Qadınlarmız günü-gündən inkişaf edən dövlətimizin azad, firavan qadınına, övladını savadlı, sağlam böyüdən anasına, eyni zaman da fəal ictimayyətçi qadınına çevrilib. Hər  bir   qadın dövlətimizin qayğısı ilə əhatə olunmuşdur. Qadınlara  göstərilən qayğının nəticəsində rahat, isti evlərdə bol-bərəkətli süfrələrinə sevdiklərinin qeydinə qalırlar. Bundan sonrada qadınlarımız öz əməli işi, şücaətiilə  Dövlətimizin inkişafı naminə əzimkarlıq göstərəcəklər.

Qadınlar  bizim  hamımız  üçün  əzizdirlər.  Bu  gün  Azərbaycan  qadını  müstəqil  respublikamızda  bərqərar  olmuş  demokratik  cəmiyyətin  fəal  üzvü  kimi  çıxış  etmək  imkanı  əldə  etmişdir. Dünya  mədəniyyəti  xəzinəsinə  nadir  incilər  bəxş  etmiş  Azərbaycan  xalqının  mənəvi  dəyərlərinin  formalaşması,  inkişafı  və  qorunmasında  qadınlarımızın  müstəsna  rolu  olmuşdur.  Bu  gün  qadınlar  Azərbaycanda  həyatın  bütün  sahələrində  özlərinə  məxsus  yer  tutmuşlar.  Azərbaycan  qadınının  keçdiyi  yol,  əldə  etdiyi  nailliyətlər,  həqiqətən  dünya  miqyasında  bizim  üçün  böyük  iftixar  mənbəyinə  çevrilmişdir.

İndiki  dövürdə  gəncləri  Vətənə  sədaqət  Azərbaycanın  Müstəqilliyinin  möhkəmləndirilməsi  ərazi  bütövlüyünün  təmin  edilməsi  uğrunda  əzimkarlıq  göstərmək  ruhunda  tərbiyyə  etmək,  gənclərimizin  xalqa,  cəmiyyətə  layiqli  bir  övlad  kimi  yetişdirmək  işində  qadınlar  öz  üzərinə  düşən  ağır  yükü  şərəflə  çəkir.

Biz  fəxr  edirik  ki,  Azərbaycan  qadını  mərd,  cəsarətli,  qeyrətli,  namuslu  qadınlardır.  Biz  fəxr  edir  ki,  Azərbaycan  qadını  xalqımız  üçün  qəhrəman  ərlər  yetişdirir.  Biz  fəxr  edirik  ki,  Azərbaycan  qadını  dünyaya  böyük  alimlər  bəxş  edir.  Azərbaycan  qadını  dünyaya  böyük  sənət  ustaları,  siyasi,  dövlət  xadimləri  bəxş  edir.  Bunlar  hamısı  Azərbaycan  qadınının  xidmətidir. 

Arif Qasımov,
YAP Sədərək rayon təşkilatının sədri