“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədovun vətəndaşlarla növbəti görüşü Lənkəran rayonunda baş tutub.
“İki sahil” xəbər verir ki, Birlik rəhbəri Lənkəran, Masallı, Lerik, Astara və Biləsuvar rayonlarından qəbula gələn 34 vətəndaşın qaz təchizatı ilə bağlı problem və təkliflərini dinləyib.
Sakinlər əsasən fərdi qazlaşma, işə qəbul, kənd və yeni yaşayış massivlərinə küçə qaz xətlərinin çəkilməsi, qapı keçidinin quraşdırılması, məscidlərin qazlaşdırılması, habelə qaz xətlərinin yerinin dəyişdirilməsi ilə bağlı müraciətlər ünvanlayıblar. Baş direktor hər bir müraciətin həlli yolu barədə vətəndaşlara ətraflı izahat verib.
Bir sıra məsələlərin yerində araşdırılması üçün Lənkəran Regional Qaz İstismarı İdarəsinin rəhbərliyinə müvafiq tapşırıqlar verilib.
SOCAR-ın prezidenti Çin İxrac-İdxal Bankının vitse-prezidenti ilə görüşüb - FOTO
Bütün ixtisaslarının dövlət sifarişli yerlərinin keçid balı 600 baldan yüksək olan yeganə universitet Bakı Ali Neft Məktəbi oldu
SOCAR “WIN” Açıq İnnovasiya Proqramı çərçivəsində müraciətlərin qəbuluna başlayır