07 mart 2026 13:10
113

Salyanda saxlanılan şəxsdən odlu silah və narkotik vasitə aşkarlanıb

Salyan polisinin həyata keçirdiyi əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 63 yaşlı Taleh Şükürov saxlanılıb.

“İki sahil” xəbər verir ki, həmin şəxsdən narkotik vasitə olan heroin və metamfetamin, bir ədəd “Kalaşnikov” avtomatı aşkarlanıb. Faktla bağlı Salyan Rayon Polis Şöbəsində cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.