07 mart 2026 15:31
108

Yaxın Şərqdə qalan Azərbaycan vətəndaşlarının ölkəyə növbəti təxliyəsi həyata keçirilib

Yaxın Şərqdə yaranmış vəziyyətlə əlaqədar olaraq uçuşları ləğv olunmuş ölkə vətəndaşlarının Azərbaycan tərəfindən Səudiyyə Ərəbistanının Ciddə şəhərindən Bakıya növbəti təhlükəsiz təxliyəsi martın 7-də həyata keçirilib.

“İki sahil” xəbər verir ki, AZAL-a məxsus “Boeing 787 Dreamliner” təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna enib. Təxliyə reysi ilə ümumilikdə 200-dən çox vətəndaşın ölkəyə qayıdışı təmin olunub.

Hazırda AZAL ölkənin milli aviadaşıyıcısı olaraq müvafiq qurumlar tərəfindən müəyyən edilmiş prosedurlara uyğun şəkildə reyslərin təhlükəsiz və planlı icrasını həyata keçirir.