08 mart 2026 22:59
374

Türkiyə Şimali Kiprə 6 ədəd F-16 təyyarəsi yerləşdirəcək

Şimali Kipr Türk Respublikasının (ŞKTR) Mülki Aviasiya Departamentinin direktoru Aşkın Meşeli Türkiyənin sabah səhər ŞKTR-yə 6 ədəd F-16 qırıcı təyyarəsi göndərəcəyini bildirib.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

A.Meşeli təyyarələrin təhlükəsizlik məqsədilə göndərildiyini və yerləşdirilmənin mülki uçuşlara təsir etməyəcəyini bildirib.

Türkiyənin Milli Müdafiə Nazirliyindəki mənbələr son hadisələri nəzərə alaraq, dünən ŞKTR-nin təhlükəsizliyini təmin etmək üçün adaya F-16 qırıcı təyyarələrinin yerləşdirilməsinin nəzərdən keçirildiyini bildiriblər.