08 mart 2026 23:39
280

İdman Gimnastikası üzrə FIG Dünya Kuboku başa çatdı

5–8 mart tarixlərində Milli Gimnastika Arenasında keçirilən İdman Gimnastikası üzrə FIG Dünya Kuboku 30-dan çox ölkədən idman gimnastlarını bir araya topladı.

“İki sahil” xəbər verir ki, kubokda ölkəmizi kişilər arasında Nikita Simonov, Aydın Əlizadə və Rəsul Əhmədzadə, qadınlar arasında isə Dəniz Əliyeva və Nazənin Teymurova təmsil etdilər. Yarışın ilk iki günü təsnifat mərhələsinə, son iki günü isə final çıxışlarına həsr olundu. Təsnifat mərhələsinin nəticələrinə əsasən Nikita Simonov, Dəniz Əliyeva və Aydın Əlizadə final mərhələsinə vəsiqə qazandılar. Finallarda isə, təəssüf ki, gimnastlarımız ilk üçlükdə yer ala bilmədilər. Belə ki, Nikita Simonov yarışları 4-cü, Dəniz Əliyeva 6-cı, Aydın Əlizadə isə 8-ci pillədə başa vurdu.

Dörd gün ərzində tamaşaçılar yarışlarla yanaşı müxtəlif maraqlı interaktiv əyləncələrdə də iştirak etdilər. Sevimli maskotlarımız Tilli və Cilli də onlarla birlikdə əylənərək idmançıları ruhlandırdı.

Beləliklə, dörd gün davam edən idman bayramı uğurla yekunlaşdı.