Qusar Dövlət Ləzgi Dram Teatrı dekabrın 15-də tamaşaçılarına “Multikulturalizm ili” ilə əlaqədar hazırlanan musiqili kompozisiya təqdim edəcək.
AZƏRTAC xəbər verir ki, “Multikulturalizm kompozisiyası” adlanan səhnə əsərində ölkəmizdə yaşayan etnik qrupların folklor nümunələri, adət-ənənələri nümayiş olunacaq. Azərbaycan, rus, gürcü, yəhudi, ləzgi və başqa dillərdə ifa olunan musiqinin müşayiəti ilə hazırlanan tamaşada 70-ə yaxın aktyor yer alıb.
Teatrın kollektivi Yeni il ərəfəsində balaca tamaşaçılar üçün İsgəndər Coşqunun bayram ab-havalı “Çal oyna” tamaşasını da hazırlayıb. Tamaşa dekabrın 7-dən etibarən Qusar Mədəniyyət Sarayının səhnəsində təqdim olunur.