09 mart 2026 16:06
107

İrandan Türkiyəyə raket atıldı

Türkiyənin Milli Müdafiə Nazirliyi İrandan buraxılan və ölkənin hava məkanına doğru irəlilədiyi müəyyən edilən ballistik raketin zərərsizləşdirildiyini açıqlayıb.

“İki sahil”  nazirliyə istinadən xəbər verir ki, raket Şərqi Aralıq dənizi regionunda yerləşdirilmiş NATO-nun hava və raketdən müdafiə sistemləri tərəfindən məhv edilib.

Bildirilib ki, raketin Türkiyə hava məkanına doğru hərəkəti aşkar edildikdən sonra müvafiq müdafiə mexanizmləri işə salınıb və təhlükə vaxtında aradan qaldırılıb.