08 dekabr 2016 21:31
381

Nazir Tbilisidə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib

Azərbaycanın mədəniyyət və turizm naziri Tbilisidə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib

Gürcüstanda səfərdə olan Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dekabrın 8-də Tbilisi şəhərinin mərkəzindəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib. Nazir abidənin önünə gül dəstələri düzüb, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.

Abidəni ziyarət edənlər arasında Azərbaycanın Gürcüstandakı səfirinin birinci müavini Dursun Həsənov, nazirliyin və səfirliyin əməkdaşları, Milli Məclisin deputatı Rauf Əliyev də olublar.