10 mart 2026 01:18
93

Qətərin Baş naziri: Regionda vəziyyət sabitləşəndə enerji tədarükü tam bərpa olunacaq

Regionda vəziyyət sabitləşdikdən sonra Doha enerji tədarükünü tam şəkildə bərpa edəcək.

“İki sahil” yerli mediaya istinadla xəbər verir ki, bunu Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Tani bildirib.

Vurğulanıb ki, Qətər müştərilərinə və qlobal enerji bazarlarının sabitliyinə sarsılmaz sadiqliyini qoruyur. Lakin mövcud şərait, o cümlədən enerji obyektlərinə edilən hücumlar və Körfəzdə dəniz nəqliyyatının üzləşdiyi çətinliklər Qətərin enerji infrastrukturunda çalışan əməkdaşların və onları dəstəkləyənlərin təhlükəsizliyini qorumaq üçün müvəqqəti tədbirlərin görülməsini zəruri edir.

Qeyd olunub ki, görülən tədbirlər insanların həyatının və həyati əhəmiyyət daşıyan infrastruktur obyektlərinin qorunması məsuliyyətindən irəli gəlir.