10 mart 2026 14:31
117

Almaniya Ukraynaya bu raketlərin tədarükünü təmin edib

Almaniyanın müdafiə naziri Boris Pistorius, bəzi Avropa tərəfdaşları ilə razılığa gələrək Ukraynaya "Patriot" sistemləri üçün təxminən 30 PAC-3 raketi tədarükünü təmin edib.

“İki sahil” xəbər verir ki, bu barədə "Der Spiegel" məlumat yayıb.

Nəşrdə bildirilir ki, Bundesverin ehtiyatlarından bir neçə belə yüksək texnologiyalı, nadir raketlə birlikdə Ukraynaya təxminən 35 intercept raketi göndəriləcək.

Əvvəllər məlum olmuşdu ki, 2025-ci ildə Ukraynaya silah tədarükü xeyli azalıb.