Martın 12-də Beyrut çimərliyinə İsrail tərəfindən endirilən hava zərbəsi nəticəsində səkkiz nəfər həlak olub.
“İki sahil” xəbər verir ki, bu barədə “Al Mayadeen” Livanın Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
“İsrailin Beyrutun Ramlet əl-Bayda bölgəsinə endirdiyi bombardman nəticəsində səkkiz nəfər həlak olub, 31 nəfər isə yaralanıb”, - deyə “Telegram” kanalı bildirib.
İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti martın 12-də açıqlayıb ki, qüvvələr Livanın Dahiye bölgəsində yerləşən “Hizbullah”a məxsus 10 hədəfə zərbələr endirib.
Zərbələr “Hizbullah”ın raket qurğularını və döyüşçülərini, həmçinin təşkilatın kəşfiyyat qərargahını və “Radvan” bölməsinin qərargahını hədəf alıb.