12 mart 2026 10:59
109

Britaniya strateji ehtiyatlarından 13,5 milyon barel nefti bazara çıxaracaq

Böyük Britaniya, üzv ölkələrin strateji neft ehtiyatlarından 400 milyon barelin çıxarılmasını əlaqələndirmək üçün Beynəlxalq Enerji Agentliyinin (IEA) sazişinə 13,5 milyon barel töhfə verəcəyini açıqlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə Böyük Britaniyanın Enerji Təhlükəsizliyi və Sıfır Emissiyalar Departamenti bildirib.

Qeyd edilib ki, neft ehtiyatlarının azad edilməsi üçün əlaqələndirilmiş tədbirlər bazarın sabitliyi istiqamətində mühüm addımdır, eyni zamanda tankerlərin Hörmüz boğazından təhlükəsiz keçməsinin təmin edilməsi isə davamlı həll yolu üçün vacibdir.
Bəyanatda bildirilib ki, Böyük Britaniya bu məqsədə çatmaq və Yaxın Şərqdəki mövcud vəziyyəti izləmək üçün tərəfdaşları ilə sıx əməkdaşlıq etməyə davam edəcək.

Məlumata görə, Böyük Britaniyanın hazırda ümumi təcili neft ehtiyatı 76,6 milyon bareldir.