12 mart 2026 16:11
134

Almaniyada qatar qəzası olub - Yaralananlar var

Almaniyanın Bavariya federal əyalətinin Bayroyt şəhərindəki stansiyada baş verən qatar toqquşması nəticəsində səkkiz nəfər xəsarət alıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Welt" nəşri məlumat yayıb. 

Qeyd olunur ki, sərnişin daşıyan qatar stansiyaya daxil olarkən lokomotivlə toqquşub.

Hadisə ilə bağlı araşdırma davam edir. Ərazidə qatarların hərəkəti bərpa olunub.