12 mart 2026 16:19
119

Qlobal neft qiymətləri rekord həddə çata bilər - PROQNOZ

Əgər Yaxın Şərqdəki döyüşlər mart ayının sonuna qədər bitməsə, "Brent" markalı neftin bir barelinin qiyməti 147 dollara çatacaq.

“İki sahil” xəbər verir ki, bunu "Goldman Sachs" investisiya bankının analitikləri proqnozlaşdırıblar.

Bu, 2008-ci ildən bəri ən yüksək səviyyədir.

Ekspertlər bildiriblər ki, onlar indi Hörmüz boğazından təchizatın 10 günlük deyil, 21 günlük fasiləsi və ardınca bir aylıq bərpası dövrünü gözləyirlər.

Məlumata görə, "Goldman Sachs" analitikləri dördüncü rüb üçün "Brent" markalı xam neftin qiymət proqnozunu 66 dollardan 71 dollara, WTI markalı neftin isə 62 dollardan 67 dollara yüksəldiblər. Bu, İranla müharibə səbəbindən Hörmüz boğazından yanacaq tədarükündə daha uzun fasilələrin olacağı gözləntiləri ilə əlaqədardır.

Əlavə edək ki, İranda münaqişənin başlanğıcından bəri "Brent" nefti 36%-dən çox, WTI isə 39% bahalaşıb.