13 mart 2026 10:23
90

Şərqi Azərbaycan Vilayətində 30 mülki şəxs ölüb

"Müharibənin başlanğıcından bəri Şərqi Azərbaycanda şəhid olanların sayı 104-ə çatıb. Onlardan 30-u mülki şəxslərdir".

“İki sahil” xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb. 

Şərqi Azərbaycan Vilayətinin Böhranların İdarə Edilməsi üzrə Baş Direktoru Məcid Fərşi bildirib ki, Təbriz və Üskü şəhəri ətrafındakı üç hərbi mərkəz Amerika-İsrail hücumlarına məruz qalıb: "Amerika-sionist təcavüzü nəticəsində Şərqi Azərbaycan Vilayətində bu günə qədər yaralananların sayı 897 nəfərdir".