Yaxın Şərqdəki gərgin vəziyyət fonunda Bəhreyn və Səudiyyə Ərəbistanında növbəti aya planlaşdırılan "Formula-1" yarışları baş tutmaya bilər.
“İki sahil” xəbər verir ki, bu barədə "Sky News" mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, növbəti ay hər iki ölkədə qran-pri keçirilməli idi: Bəhreyn tədbirə aprelin 12-də, Səudiyyə Ərəbistanı isə növbəti həftəsonu - aprelin 19-da ev sahibliyi etməli idi.
Regiondakı münaqişələrlə bağlı vəziyyət son günlərdə yaxşılaşma əlamətləri göstərmədiyi üçün qərarın rəsmi təsdiqinin yaxın 48 saat ərzində elan ediləcəyi gözlənilir.
Daha əvvəl həmçinin bildirilib ki, mərhələlər ləğv ediləcəyi təqdirdə "Formula-1" onları mövsüm təqvimindəki digər yarışlarla əvəz etməyi planlaşdırmır.