14 mart 2026 09:46
96

“İmişli” “Sabah”a, “Zirə” “Qarabağ”a qarşı

Misli Premyer Liqasında 24-cü tur davam edir. 

“İki sahil” xəbər verir ki, bu gün daha iki matç keçiriləcək.

Əvvəlcə “İmişli” Qubada “Sabah”ı qəbul edəcək. Hazırda paytaxt klubu 56 xalla liderdir, bölgə təmsilçisi isə 22 xalla doqquzuncu pillədə qərarlaşıb. Bu komandaların ilk iki dövrədəki oyunlarında tərəflər hərəyə 1 qələbə qazanıblar. “İmişli” bir, “Sabah” isə üç cavabsız qolla sevinib. 

Günün ikinci matçıdan isə “Zirə” öz meydanında “Qarabağ”ı qəbul edəcək. Hazırda Ağdam klubu 49 xalla ikinci, Rəşad Sadıqovun komandası isə 39 xalla dördüncüdür. Bu komandaların ilk iki dövrədəki oyunları heç-heçə - 1:1 hesabı ilə yekunlaşıb. 

14 mart (şənbə)

15:00. “İmişli” - “Sabah” 
Hakimlər: Rauf Cabarov, Akif Əmirəli, Şirmamed Mamedov, Alik Yunusov
VAR: Əliyar Ağayev
AVAR: Zöhrab Abbasov
Quba OİK stadionu

19:15. “Zirə” - “Qarabağ”
Hakimlər: Fərid Hacıyev, Namik Hüseynov, Rəhman İmami, Vüqar Həsənli
VAR: Nicat İsmayıllı
AVAR: Emin Əliyev
Zirə İdman Kompleksinin stadionu