Dekabrın 8-də Milli Azərbaycan Tarixi Muzeyində xüsusi dəvət olunmuş Ukraynalı sənətşünas-ekspert, rəssam Yuliya Tarasenkonun antik və orta əsrlər dövrünün sənətinə həsr olunmuş geniş mühazirə-seminarı keçirilib. “İki sahil”in məlumatına görə, tədbir “UNİSER” özəl ümumtəhsil məktəbinin İKT üzrə direktor müavini, həmin təhsil ocağının tarix müəllimi Namiq Rüstəmov və Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən təşkil olunub.
Mühazirə muzey əməkdaşlarının və dəvət olunmuş qonaqların böyük marağına səbəb olub.
Sonda N.Rüstəmovun müəllifi olduğu mahnını gitarada ifa etməsi tədbirə xüsusi ahəng qatıb.
Məhərrəm Ağalaroğlu