14 mart 2026 14:46
95

Xarkovda Azərbaycan mütəfəkkirlərinin heykəlləri hava zərbələrindən mühafizə olunur

Ukraynada hava hücumlarına ən çox məruz qalan şəhərlərdən biri olan Xarkovda Azərbaycan mütəfəkkirləri Nizami Gəncəvinin və Mirzə Fətəli Axundzadənin heykəllərinə hər hansı ziyan dəyməyib. Belə ki, həmin abidələr mühafizə olunduğundan heykəllər hər hansı zərər görməyib.

“İki sahil” xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Ukraynanın Xalq rəssamı, Xarkov şəhərinin “Fəxri vətəndaşı”, soydaşımız Katib Məmmədov deyib.

“Bu gün də çalışırıq. Ukraynanın müxtəlif şəhərlərində, o cümlədən Xarkov şəhərində müəllifi olduğum əsərləri şükür ki, qoruyub saxlaya bilmişik. Ümid edirik ki, müharibə tezliklə bitər, yeni layihələrlə Xarkov sakinlərini sevindirərik”, - deyə Katib Məmmədov əlavə edib.

Onun sözlərinə görə, hazırda vətənpərvərlik mövzusunda yeni sifariş üzərində işləyir.