Bursada, 2019-cu ildə ailəsi tərəfindən itkin düşdüyünü bildirən uşaq yeddi il sonra xüsusi qrup tərəfindən aparılan əməliyyat nəticəsində tapılıb.
“İki sahil” yazır ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, 2019-cu ildə Almaniya vətəndaşı R.S., bir yaşlı oğlu ilə birlikdə Mustafakemalpaşa rayonunda uşağın atası Umut K.-nın anası H.S.-nin evinə gedib.
Bir müddət sonra ana R.S. oğlu N.S.-nin itkin düşdüyünü polisə bildirib.
Uzun axtarışlardan sonra uşağın izi tapılmayıb.
Mustafakemalpaşa Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində fevral ayında Vilayət Polis İdarəsinin Soyğunçuluq, Qətl və İtkin Düşən Şəxslər Bürosunun əməkdaşlarından ibarət xüsusi qrup yaradılıb.
Komanda, davranışı şübhə doğuran nənə H.S.-ni texniki və fiziki nəzarətə götürüblər.
Təxminən bir ay davam edən əməliyyat tədbiri çərçivəsində 300 saatlıq təhlükəsizlik kamerası görüntülərini araşdırdıqdan sonra uşağın olduğu ünvan müəyyən edilib.
Polis tərəfindən aparılan əməliyyat zamanı 8 yaşlı N.S. qohumu R.M.-yə məxsus evdə tapılıb.
Nənə H.S. və uşağın gizləndiyi evin sahibi R.M. həbs edilib.
N.S. dövlət himayəsinə götürülüb.
Uşağın atası Umut K.-nın iki il əvvəl xəstəlikdən vəfat etdiyi bildirilir.
Məhərrəm Ağalaroğlu, “İki sahil”