Tanınmış alman filosof Yurgen Habermas 96 yaşında vəfat edib.
“İki sahil” xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Onun Münhen yaxınlığındakı Ştarnberq şəhərində vəfat etdiyi qeyd olunub.
Filosofun ən məşhur əsərlərindən biri iki cildlik "Kommunikativ fəaliyyət nəzəriyyəsi"dir.
Kansler Fridrix Merts onun ölümünü Almaniya və Avropanın ən əhəmiyyətli mütəfəkkirlərindən birini itirməsi kimi qələmə verib.
Qeyd edək ki, Habermas 18 iyun 1929-cu ildə Düsseldorfda doğulub.
Onun həyat yoldaşı Ute Habermas ötən il (2025) vəfat edib. Mərhumun üç övladı var.