İran Hörmüz boğazından gəmilərinin təhlükəsiz keçməsini təmin etmək üçün bəzi ölkələrlə danışıqlar aparır.
“İki sahil” xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Əraqçi deyib.
"Konkret bir ölkəni qeyd edə bilmərəm, amma təhlükəsiz keçid istəyən bir neçə ölkə ilə bizimlə əlaqə saxlayıb", - deyə o bildirib.
Nazir əlavə edib ki, bu məsələ ilə bağlı son qərar İran ordusunun ixtiyarındadır və onlar "artıq müxtəlif ölkələrə məxsus bir qrup gəminin keçməsinə icazə vermək qərarına gəliblər".