İraqın paytaxtı Bağdadda ABŞ səfirliyinin logistika mərkəzi raket hücumuna məruz qalıb.
“İki sahil” xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.
Bildirilir ki, logistika mərkəzi Bağdad beynəlxalq hava limanı yaxınlığında yerləşir. Hücum zamanı hava limanı ətrafında partlayış səsləri eşidilib.