16 mart 2026 00:57
97

ÜST Livan, İraq və Suriyaya ümumilikdə 2 milyon dollar ayırıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Yaxın Şərqdə davam edən böhran fonunda təxirəsalınmaz yardım fondundan Livan, İraq və Suriyaya 2 milyon dollar ayırıb.

“İki sahil” xəbər verir ki, ÜST münaqişənin çox sayda əhali köçünə səbəb olduğunu qeyd edib. Bildirilir ki, Livanda 700 minə qədər insan ölkə daxilində məcburi köçkünə çevrilib.

Təşkilat Livana 1 milyon dollar ayırıb. Bu vəsait fövqəladə hallarda koordinasiyanın möhkəmləndirilməsinə, yaralıların müalicəsinə, xəstəliklərə nəzarətin gücləndirilməsi, əsas dərman və tibbi ləvazimatların alınmasına və paylanmasına sərf ediləcək.

Bundan əlavə, İraq və Suriyanın hər birinə 500 min dollar ayrılıb. Vəsait fövqəladə hallarda koordinasiyanın dəstəklənməsi, kütləvi yaralanma hallarının idarə olunması, əsas dərman və tibbi ləvazimatların alınması və paylanması, köçkün əhaliyə səhiyyə xidmətlərinin göstərilməsi, xəstəliklərə nəzarət və ictimai maarifləndirmənin gücləndirilməsi üçün nəzərdə tutulub.